Gürcüstanın daha bir səfiri istefa verdi | Icma.az
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir. Gürcüstanın Litvadakı səfiri Salome Şapakidze tutduğu vəzifədən istefa verib.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. “Mən Gürcüstanın Litvadakı səfiri vəzifəsindən istefa verirəm.
On ildən artıqdır ki, ölkəm Gürcüstanın milli maraqlarına xidmət etmək və onun Aİ və Avro-Atlantika istəkləri ilə yanaşı gedən suverenliyini və ərazi bütövlüyünü təvazökarlıqla təbliğ etmək mənim şərəf və imtiyazımdır!
Gürcüstan Avropadır!” – Şapakidze “X” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
Bundan əvvəl gürcü mətbuatı Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Canjalianın, eləcə də Gürcüstanın ABŞ, Bolqarıstan və Hollandiyadakı səfirlərinin istefası barədə məlumat yayıb.
Xəzər “Cebheinfo.az” Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu