Gürcüstanın daha bir səfiri istefa verib

03.12.2024

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Gürcüstanın Çexiyadakı səfiri Tea Maisuradze “Gürcü Arzusu”nun Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etmək qərarından sonra tutduğu vəzifədən istefa verib.

Gununsesi.info xəbər verir ki, bu səfir öz X hesabında yazıb.

Maisuradze açıqlamasında Gürcüstanın Çexiyadakı səfiri vəzifəsindən istefa verdiyini və ölkənin gələcəyinə sadiq qaldığını vurğulayıb: “Təxminən iyirmi ildir ölkəmin milli maraqlarına xidmət etmək, Avropa və Avroatlantik inteqrasiyasını təşviq etmək, suverenliyini və ərazi bütövlüyünü qorumaq mənim üçün böyük şərəf idi“.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili, Gürcüstanın Hollandiyadakı səfiri David Solomonia, Gürcüstanın İtaliyadakı səfiri İrakli Vekua və Gürcüstanın Litvadakı səfiri Salome Şapakidze da bu qərara etiraz olaraq istefa veriblər.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью