Gürcüstanın DİN başçısı təyyarə qəzasının baş verdiyi ərazidədir

11.11.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyəyə məxsus təyyarənin qəzaya uğradığı ərazidədir.

APA-nın yerli bürosu xəbər verir ki, onu birinci müavini Roni Mesxi, Kaxeti bölgəsinin qubernatoru Giorgi Aladaşvili və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri müşayiət edirlər.

Qeyd edək ki, qəza Kaxeti bölgəsinin Siqnaxi rayonu ərazisində baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью