Gürcüstanın DİN başçısına “Şərəf” ordeni verildi

30.01.2025

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstan baş nazirinin müavini, daxili işlər naziri general-polkovnik Vaxtanq Qomelauriyə “Şərəf” ordeni verilib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, mükafatı DİN başçısına ölkə prezidenti Mixeil Kavelaşvili təqdim edib.

V.Qomelauri “Şərəf” ordeninə ölkədə asayişin möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, DİN-nin bir neçə yüksək vəzifəli şəxsi də ali ordentlə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью