Gürcüstanın DİN müxalifətin ofisində “Molotov kokteyli” aşkarlayıb

05.12.2024

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müxalif partiyaların gənclər təşkilatının ofislərində istintaq araşdırmaları aparılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb ki, müxalifətin ofislərində aparılan axtarışlar zamanı təkcə pirotexniki vasitələr deyil, həm də “Molotov kokteylləri” aşkar edilib. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.

“Ciutebi” hərəkatının, “Droa” və “Girçi” partiyalarının, eləcə də keçmiş hakim partiya olan Vahid Milli Hərəkat Partiyasının gənclər təşkilatının ofislərində istintaq araşdırmaları aparılıb.

Gürcüstan DİN mərkəzi kriminal polis idarəsinin rəisi Teymuraz Kupatadze brifinqdə bildirib ki, altı nəfərin evində də axtarışlar aparılıb.

Qrup zorakılığını təşkil etmək, onlara rəhbərlik etmək və ya iştirak etmək ittihamı ilə 7 nəfər saxlanılıb və onları 9 ilə qədər həbs gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью