Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi istefa verib

14.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Tbilisi, 14 sentyabr, AZƏRTAC

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Gela Geladze sentyabrın 14-də vəzifəsindən istefa verib.

AZƏRTAC xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Gela Geladze bildirib ki, istefa qərarı siyasi komanda ilə məsləhətləşmələr nəticəsində qəbul olunub və fəaliyyətini başqa bir qurumda davam etdirəcək.

Qeyd edək ki, parlament Gela Geladzeni bu il aprelin 28-də Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə 6 il müddətinə təsdiqləmişdi.

Xatırladaq ki, Geladzedən əvvəl bu quruma Mamuka Mdinaradze rəhbərlik edib və 2026-cı ilin aprelində vaxtından əvvəl istefa verib. 2025-ci ilin avqustunda isə "Gürcü Arzusu"nun nümayəndəsi Anri Oxanaşvili təxminən 5 ay xidmətə rəhbərlik etdikdən sonra istefa ərizəsini təqdim edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью