Gürcüstanın DTX rəisi istefa verib

02.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili istefa verib.

APA-nın Tbilisi müxbiri yerli KİV-ə istinadən xəbər verir ki, hakim “Gürcü Arzusu” DTX rəisi postuna Anri Oxanaşvilinin namizədliyini irəli sürüb.

Baş nazir İrakli Kobaxidze Oxanaşvilinin namizədliyinin Gürcüstan parlamentinə təqdim olunacağını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью