Gürcüstanın eksbaş naziri Qaribaşvili siyasətdən gedir

03.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Gürcü arzusu” partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvili siyasətdən gedir və bizneslə məşğul olacaq.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Pirveli” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, “Gürcü arzusu”nun liderləri Qaribaşviliyə rəsmi olaraq komandada qalmağı təklif edib və sona etirazlar fonunda açıqlama verməməyi xahiş ediblər.

Qaribaşvilinin hansı qərarı verəcəyi məlum deyil.

Xatırladaq ki, baş nazir vəzifəsindən azad edildikdən sonra İrakli Qaribşvili “Gürcü arzusu” partiyasının sədri postunu tutub. Lakin o, partiyanın fəaliyyətində iştirak etməyib və yalnız seçki iclaslarında çıxış edib.

Yeni parlamentin ilk iclasında İrakli Qaribaşvili də iştirak edib, ondan sonra bir daha meydana çıxmayıb. Parlamentdəki əksəriyyətin lideri Mamuka Mdinaradze bildirib ki, Qaribaşvili mandatdan imtina etməyə hazırlaşır.

“İndiki mərhələdə partiyanın mətbuat xidməti Qaribaşvilinin gedişini təsdiqləmir”, - telekanal bildirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью