Gürcüstanın ən çox qoyun satdığı ölkə Azərbaycandır Rəqəm açıqlandı

26.11.2026

Modern.az saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin yanvar-oktyabr aylarında Gürcüstandan 234 min baş qoyun ixrac edilib. İxracın ümumi dəyəri 31,8 milyon dollar təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə qoyun ixracının həcmi 8 faiz və ya 17 min baş artıb. İxracın dəyəri isə 40 faiz, başqa sözlə, 9 milyon dollar yüksəlib.

Gürcüstan qoyunlarını ümumilikdə 7 ölkəyə satır. Əsas ixrac bazarı Azərbaycan olub. Belə ki, ümumi ixracın 46 faizi Azərbaycanın payına düşüb.

İkinci yerdə 26 faizlə Səudiyyə Ərəbistanı, üçüncü yerdə isə 13 faizlə İraq qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью