Gürcüstanın əsas müxalifət koalisiyasının lideri həbs edilib

04.12.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanda əsas müxalifət koalisiyasının lideri Nika Qvaramiya həbs edilib.

Oxu.Az apsny.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, "Dəyişiklik Koalisiyası"nın lideri Nika Qvaramiya inzibati qaydada həbs edilib.

Bir neçə saat əvvəl polis bir sıra müxalifət partiya və təşkilatlarının ofislərində axtarış aparıb. Bildirilir ki, Qvaramiya partiyanın ofisində aparılan axtarış zamanı polislə fiziki qarşıdurma səbəbindən saxlanılıb.

Sonradan məlum olub ki, müxalifət lideri Nika Qvaramiya istintaq təcridxanasına köçürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью