Gürcüstanın Estoniyadakı səfiri Estoniya XİNə çağırılıb | Icma.az
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Gürcüstanın Estoniyadakı səfiri Zurab Xamasuridze Estoniya XİN-ə çağırılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Estoniya XİN yayıb.
Bildirilib ki, diplomat "Gürcüstan vətəndaşlarına, müxalifət liderlərinə və jurnalistlərə qarşı zorakılığı və Gürcüstanın hakim partiyasının Estoniya ilə bağlı bugünkü düşmənçilik bəyanatını müzakirə etmək üçün" nazirliyə çağırılıb.
“Gürcüstanın avtoritar hökumətinin və parlament sədrinin bugünkü bəyanatları qəbuledilməzdir, düşmənçilik və yalanlarla doludur",- XİN-in bəyanatında bildirilib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu