Gürcüstanın hakim partiyası BBC ni məhkəməyə verir

01.12.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası Britaniyanın BBC telekanalına qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı partiya yayıb. 

Bildirilib ki, bu səhər BBC Gürcüstan Daxili İşlər Nazirliyinin ölkədə etirazlar zamanı aksiya iştirakçılarına qarşı “kimyəvi maddə”dən istifadə etməsi barədə ittihamlardan ibarət məlumat yayıb: “Aydındır ki, “dərin dövlətin”in təbliğat silahına çevrilmiş sözdə medianın ciddi ittihamı sübut edəcək heç bir faktı yoxdur”.

Partiya vurğulayıb ki, yanlış məlumat yayan KİV-lərin yalan ittihamlara görə məsuliyyət daşımalarını təmin etmək üçün bütün mümkün hüquqi vasitələrdən istifadə olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью