Gürcüstanın hakim partiyası prezidentliyə namizədin adını açıqlayıb

27.11.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının prezidentliyə namizədi bəlli olub.

APA-nın “Sputnik-Грузия”ya istinadən xəbərinə əsasən, bu barədə partiyanın qurucusu Bidzina İvanişvili Siyasi Şuranın iclasından sonrakı brifinqdə açıqlama verib.

Onun sözlərinə görə, şura bu posta Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.

Qeyd edək ki, Prezident seçkisi dekabrın 14-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью