Gürcüstanın hakim partiyası qələbəni hədəfləyir parlament sədri

04.10.2025

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın hakim partiyası “Gürcü arzusu” yerli orqanlara seçkilərdə birinci turda qalib gəlməyi və şəhər şuralarında çoxluğu təmin etməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Papuaşvili artıq öz seçki məntəqəsində səs verib və daha sonra jurnalistlərə açıqlama verib. "Biz 64 şəhərin hamısında birinci turda qalib gəlməyi və bütün şəhər şuralarında çoxluğu təmin etməyi planlaşdırırıq", - deyə Papuaşvili bildirib. O, həmçinin müxalifət partiyalarının üzvlərini seçkiləri saxtalaşdırmaq cəhdində ittiham edib.

Seçicilər şənbə günü 64 şəhər və rayon meri və yerli məşvərət orqanlarının üzvlərini seçirlər.

Ölkədə yaşayan 18 və yuxarı yaşda olan 3 milyon 130 min 348 Gürcüstan vətəndaşı səsvermə hüququna malikdir. Onlar üçün 3061 seçki məntəqəsi açıqdır. Seçki prosesini 28 beynəlxalq təşkilatdan 80-dən çox, 27 yerli təşkilatdan isə 8000-dən çox müşahidəçi ilə izləyir. Seçkiləri 73 KİV-dən 1000-dək jurnalist işıqlandırır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью