Gürcüstanın keçmiş baş nazirinin döyülməsi ilə bağlı istintaq başladı

15.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın keçmiş baş naziri, müxalif “Gürcüstan naminə” partiyasının sədri Giorgi Qaxariyanın fiziki hücuma məruz qalması ilə bağlı istintaqa başlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, istintaq zorakılıq maddəsi üzrə aparılır.

Qeyd edək ki, insident Batumidə “Şeraton” mehmanxanasında baş verib. G.Qaxariya xətəxanaya aparılıb. Klikinadan bildirilib ki, onun burun sümüyünün sınığı və beyin silkələnməsi olub. Sabiq baş nazir öz istəyi əsasında xəstəxananı tərk edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью