Gürcüstanın Konstitusiya Məhkəməsi müxalifətin iddia ərizəsini qəbul etməyib

03.12.2024

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinin ləğvi ilə bağlı ölkə prezidentinin və bəzi müxalifət partiyalarının iddia ərizəsini qəbul etməyib.

AZƏRTAC xəbər verir ki, Məhkəmə iddiaları əsassız adlandırıb.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyası qalib gəlib.

Prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımaqdan imtina etmiş, səsvermənin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью