Gürcüstanın Konstitusiya Məhkəməsi müxalifətin iddia ərizəsini qəbul etməyib AZƏRTAC

03.12.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 3 dekabr, AZƏRTAC

Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinin ləğvi ilə bağlı ölkə prezidentinin və bəzi müxalifət partiyalarının iddia ərizəsini qəbul etməyib.

AZƏRTAC xəbər verir ki, Məhkəmə iddiaları əsassız adlandırıb.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” partiyası qalib gəlib.

Prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımaqdan imtina etmiş, səsvermənin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью