Gürcüstanın mədəniyyət naziri istefa verib

28.07.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze istefa verib.

APA-nın yerli bürosu xəbər verir ki, o, bu barədə yaydığı bəyanatda bildirib.

Tinatin Ruxadze vəzifəsini tərk etməsini sağlamlıq durumu ilə əlaqələndirib.

Qeyd edək ki , Tinatin Ruxadze 2024-cü ilin oktyabrından Gürcüstanın mədəniyyət və idman naziri vəifəsini tuturdu. 2025-ci ildə Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin bazasında iki müstəqil qurum - Mədəniyyət Nazirliyi və İdman Nazirliyi yaradılıb. Tinatin Ruxadze həmin vaxt mədəniyyət naziri postuna təyinat almışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью