Gürcüstanın müdafiə naziri Paşinyanla regional sülhü müzakirə edib

21.10.2025

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.
Tərəflər Gürcüstanla Ermənistan arasında ənənəvi dostluq münasibətlərini və ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələləri müzakirə ediblər.

Görüşdə ölkələr arasında strateji tərəfdaşlıq əlaqələri vurğulanıb, regionda sülhün və sabitliyin vacibliyinə də toxunulub.

Söhbət zamanı iki ölkə arasında müdafiə sahəsində mövcud əməkdaşlıq da nəzərdən keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью