Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gürcüstanın növbəti prezidenti ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən formalaşdırılacaq Seçicilər Kollegiyası tərəfindən seçiləcək.
Seçicilər Kollegiyası seçkilərin vaxtı müəyyən edildikdən sonra formalaşacaq.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili məlumat verib.
Onun sözlərinə görə, Salome Zurabişvili Gürcüstanın birbaşa səsvermə yolu ilə seçilən sonuncu prezidenti olub.
MSK konkret tarix təyin etdikdən sonra 300 üzvdən ibarət Seçicilər Kollegiyası formalaşdırılır.
“Konstitusiyaya görə, Gürcüstanda prezident seçkiləri oktyabr ayında keçirilir, lakin seçkilərin tarixi parlament seçkiləri ayı ilə üst-üstə düşərsə, yeni seçilmiş parlamentin ilk iclasından sonra 45 gün ərzində prezident seçkiləri keçirilir.
Noyabrın 25-də 11-ci çağırış parlamentin ilk iclası keçiriləcək”, – deyə Papuaşvili vurğulayıb.