Gürcüstanın növbəti prezidentinin kimliyi bu il bəlli olacaq

25.11.2024

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Gürcüstanda prezident seçkilərinin, eləcə də seçilən prezidentin andiçmə mərasiminin 2024-cü ildə keçirilməsi planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
“Biz prezidenti beş il müddətinə seçməliyik, buna görə də prezidentin bu müddətə seçilməsi üçün seçkilərin və andiçmə mərasiminin bu il keçirilməsi vacibdir”, - Papuaşvili bildirib.
Gürcüstanın qanunverici orqanının rəhbəri onu da əlavə edib ki, parlament prezident seçkilərinin dəqiq tarixini çərşənbə axşamı təyin edəcək.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan Baş naziri İrakli Kobaxidze prezident seçkilərinin 2025-ci ilin yanvarında keçirilə biləcəyini bildirmişdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью