Gürcüstanın parlament sədri və xarici işlər naziri Azərbaycan səfirliyini ziyarət edib FOTO

26.12.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyində xatirə kitabı açılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, gün ərzində diplomatik nümayəndəliyi Gürcüstanın parlament sədri Şalva Papuaşvili, xarici işlər naziri Maka Boçorişvili,regional inkişaf və infrastruktur naziri İrakli Karseladze ziyarət edərək səfir Faiq Quliyevə faciə ilə əlaqədar başsağlığı veriblər. Dövlət və hökumət rəsmiləri səfirlikdə açılmış xatirə kitabına öz başsağlığı diləklərini qeyd ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью