Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etmək planı yoxdur

29.01.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Gürcüstan siyasətini dəyişməyib və Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etməyi və ya Ukraynaya qoşun göndərməyi planlaşdırmır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.
“Bildiyiniz kimi, Ukrayna Prezidenti Gürcüstana səfir təyin edib. Bir tərəfdən biz bunu alqışlayırıq, digər tərəfdən isə bu, yalnız bir sual doğurur: Nə dəyişib? Gürcüstan siyasətini dəyişməyib. Dörd il əvvəl Rusiyaya qarşı ikitərəfli sanksiyalar tətbiq etməyəcəyimizi demişdik və hələ də deyirik. Necə ki, ora döyüşmək üçün qoşun göndərməyəcəyimizi dedik. İndi də hökumətin Ukraynaya qoşun göndərmək niyyəti yoxdur”, - deyə Papuaşvili bildirib.
Qeyd edək ki, 2022-ci ilin mart ayında Zelenski Gürcüstan hakimiyyətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etməsindən sonra Ukraynanın Tbilisidəki səfiri İqor Dolqovu geri çağırdı.
Anar
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью