Gürcüstanın U21i Avropa çempionatının final mərhələsində

20.11.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın U-21 millisi Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlib. Sport24.az xəbər verir ki, komanda ötən gecə pley-off mərhələsinin cavab oyununda Xorvatiya ilə qarşılaşıb.

Komandalar arasında ilk matç Xorvatiyanın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. İkinci görüşün əsas vaxtında isə Gürcüstan 3:2 hesablı qələbə qazanıb. Buna görə də əlavə vaxt oynanılıb.

Əlavə olunan 30 dəqiqədə də qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə Gürcüstan 7:6 hesabı ilə qalib gəlib və Avro-2025-in final məhələsinə vəsiqə qazanıb. 

Qeyd edək ki, Gürcüstanın ümid yığması tarixində 2-ci dəfə Avropa çempionatının final mərhələsinə qatılır. Komanda daha əvvəl 2023-cü ildə ev sahibi kimi qitə çempionatının final mərhələsində iştirak edib.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью