Gürcüstanın vitsespikeri avrointeqrasiyanın dayandırılmasını pisləyən XİN əməkdaşlarının istefasını tələb edib

29.11.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa inteqrasiyasının dayandırılmasını pisləyən Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının istefasını tələb edib.

"Report"un yerli bürosu xəbər verir ki, vitse-spiker bu barədə sosial şəbəkə hesabında yazıb.

"Xarici İşlər Nazirliyində çalışırsınızsa, sizin üçün əsas söz "xarici" olmamalıdır, öz sözünüz olmalıdır!”, - deyə N.Tsilosani bildirib.

Qeyd edək ki, Gürcüstan XİN-in 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanatı imzalayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью