Gürcüstanın vitsespikeri XİN əməkdaşlarının istefasını tələb edib

29.11.2024

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Avropa inteqrasiyasının dayandırılmasını pisləyən Xarici İşlər Nazirliyi (XİN) əməkdaşlarının istefasını tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, vitse-spiker bu barədə sosial şəbəkə hesabında yazıb.

"Xarici İşlər Nazirliyində çalışırsınızsa, sizin üçün əsas söz "xarici" olmamalıdır, öz sözünüz olmalıdır!”, - deyə N.Tsilosani bildirib.

Qeyd edək ki, Gürcüstan XİN-in 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanatı imzalayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью