Gürcüstanın xarici borcu 27 milyard dollara yaxınlaşıb

30.09.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu ilin iyulun 1-nə Gürcüstanın xarici borcu 26,5 milyard ABŞ dolları və yaxud ölkənin son 1 ildəki ümumi daxili məhsulunun (ÜDM) 75,1 %-i qədər olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.

Məlumata əsasən, təkcə bu ilin II rübündə ölkənin xarici borcu 1,1 milyard ABŞ dollarına yaxın artıb. Artımın əsas səbəbləri məzənnə dəyişikliyi (815,5 milyon dollar), digər dəyişikliklər (144,1 milyon dollar), əməliyyat dəyişiklikləri (74,8 milyon dollar) və qiymət dəyişiklikləri (18,6 milyon dollar) olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью