Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək AZƏRTAC | Icma.az
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tbilisi, 13 yanvar, AZƏRTAC Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 16-da Azərbaycana səfər edəcək.AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Maka Boçorişvili Bakıda bir sıra görüşlər keçirəcək.Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər diqqət mərkəzində olacaq.Gürcü nazir, həmçinin Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 10-cu iclasında iştirak edəcək.
Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu