Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 15 iyul, AZƏRTAC
Gürcüstanın xarici ticarət dövriyyəsi 2025-ci ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz artaraq 12 milyard dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin hesabatında deyilir.
Hesabat dövründə ölkəyə 8,7 milyard dollarlıq məhsul idxal edilib ki, bu da 2024-cü ilin birinci yarısının göstəricisindən 12,4 faiz çoxdur.
İxrac isə 13,7 faiz çox olmaqla, 3,2 milyard dollar təşkil edib.
Xarici ticarətdə Gürcüstanın mənfi ticarət saldosu 5,5 milyard dollara bərabər olub. Bu da ötən ilin analoji göstəricisindən 11,6 faiz çoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi