Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb

15.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tbilisi, 15 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard ABŞ dolları keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz çoxdur.

Hesabat dövründə ixrac 22,1 faiz, idxal isə 3,3 faiz artıb.

Yanvar-avqust aylarında mənfi ticarət saldosu 7 milyard ABŞ dolları təşkil edib ki, bu da xarici ticarət dövriyyəsinin 39,5 faizinə bərabərdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью