Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

13.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tbilisi, 13 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 20 milyard 534,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, xarici ticarətdə ixracın dəyəri 6 milyard 153 milyon ABŞ dolları (artım 19,6 faiz), idxalın dəyəri isə 14 milyard 381,7 milyon ABŞ dolları (artım 5,3 faiz) təşkil edib.

Hesabat dövründə mənfi ticarət saldosu 8 milyard 228,8 milyon ABŞ dolları olub ki, bu da xarici ticarət dövriyyəsinin 40,1 faizini təşkil edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью