Gürcüstanın XİN başçısı Macarıstana getdi

10.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Macarıstana səfər edib.

Teleqraf.com xəbər verir ki, səfər Macarıstan tərəfinin dəvəti ilə baş tutub.

XİN başçısı səfər çərçivəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüş keçirəcək. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.

M.Boçorişvilinin Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri ilə görüşü də planlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью