Gürcüstanın XİN başçısı Türkiyəyə səfər edəcək

18.02.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin Türkiyəyə səfəri planlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə XİN başçısıın Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orba ilə keçirdiyi görüşdə bildirilib.

Tərəflər səfəri həm iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərini, həm də regionda inkişaf edən prosesləri müzakirə etmək üçün yaxşı fürsət kimi qiymətləndiriblər.

Görüşdə Gürcüstan və Türkiyə arasında müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib, strateji tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri nəzərdən keçirilib. Yüksək səviyyəli səfərlərin və görüşlərin müsbət dinamikası da vurğulanıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью