Gürcüstanın XİN rəhbərinin müavini istefa verib

01.12.2024

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya istefa verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Yerli KİV sabiq xarici işlər naziri, hazırda Gürcüstanın ABŞ-də səfiri olan David Zalkalianinin də vəzifəsindən istefa verməsi barədə məlumat paylaşıb.

Xatırladaq ki, Gürcüstanın Bolqarıstan və Niderland Krallığındakı səfirləri hakim partiyanın Aİ ilə inteqrasiya danışıqlarını 4 il müddətinə dayandırmaq qərarından sonra istefa verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью