Gürcüstanın yeni hökuməti bu tarixdə təsdiqlənəcək

26.11.2024

Anews saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan parlamenti noyabrın 28-də keçiriləcək plenar iclasda baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökuməti təsdiq edəcək.Bu barədə qanunverici orqanın spikeri Şalva Papuaşvili bildirib.

"Cümə axşamı günü keçiriləcək plenar iclasda hökumətin tərkibi təqdim olunacaq və biz onu təsdiq edəcəyik", - Papuaşvili qeyd edib.

Hökuməti yalnız "Gürcü arzusu”ndan olan deputatlar təsdiq edəcək.

Müxalifət parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib və qanunverici orqanın işində iştirak etmir.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью