Gürcüstanın yeni hökumətində üç nazir dəyişəcək

25.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni hökumətdə xarici işlər naziri, ədliyyə naziri, ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri dəyişəcək.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O, Xarici İşlər Nazirliyinin rəhbəri postuna parlamentin hakim əksəriyyətindən olan deputat Maka Boçorişvilinin namizədliyini təqdim edəcək.

Baş nazirin sözlərinə görə, ədliyyə naziri postuna isə yeni hökumətə parlamentin hakim əksəriyyətinin liderlərindən biri olan Ənri Oxanaşvili təklif ediləcək.

Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri vəzifəsinə namizəd kimi isə Baş nazir başqa bir hakim əksəriyyət üzvü olan David Songulaşvilini irəli sürüb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью