Gürcüstanın yeni parlamentinin ilk iclası noyabrın 25də keçiriləcək

17.11.2024

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Gürcüstanın 11-ci çağırış parlamentinin ilk iclası noyabrın 25-də keçiriləcək.

SİA xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, heç bir ölkədə parlamentin legitimliyini müxalifətin tanıması tələb olunmur, əks halda dünyada demokratiya olmazdı.

“Gürcüstanın hələ də formal prezidenti olan Salome Zurabişvili parlamentin ilk iclasını təyin etməməklə ölkə Konstitusiyasını növbəti dəfə pozacaq. Belə olan halda Gürcüstan parlamenti seçkilərin rəsmi nəticələrinin dərcindən sonra düz 10-cu gündə, yəni noyabrın 25-də toplaşacaq. Bunu konstitusiya müəyyən edir”, - deyə İ.Kobaxidze vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью