Gürcüstanın yeni prezidenti AND İÇDİ

29.12.2024

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili and içib.

Bakupost.az xəbər verir ki, 300 üzvdən ibarət seçicilər kollegiyasının müəyyənləşdirdiyi yeni Prezident, 53 yaşlı keçmiş futbolçu, “Xalqın gücü” hərəkatının üzvü olan Kavelaşvilinin inaqurasiya mərasimi Tbilisidə, parlament binasında baş tutub.

Dövlət başçısı İncil və Konstitusiyaya and içib. Mərasimdə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili də iştirak edib. Diplomatik korpus tədbirə dəvət olunmayıb.

Qeyd edək ki, müxalifət və sabiq prezident Salome Zurabişvili Kavelaşvilinin legitimliyini tanımadıqlarını bəyan ediblər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью