Gürcüstanın yeni prezidenti: Səylərim cəmiyyətin birləşməsinə yönələcək

29.12.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

"Gürcü cəmiyyəti qarşılıqlı hörmətə əsaslanan vətən, dəyərlər və qaydalar ətrafında birləşməyi bacarmalıdır".

Bakıvaxtı.az "İnterpress.Ge"yə istinadən xəbər verir ki, bunu inauqurasiya mərasimində Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvili deyib.

O, bildirib ki, o, səylərini cəmiyyətin konsolidasiyasına yönəldəcək.

"Gürcüstanın hər bir vətəndaşı baxışlarından və siyasi mənsubiyyətindən asılı olmayaraq, mənim üçün əzizdir. Mənim gələcək səylərim cəmiyyəti birləşdirməyə yönəldiləcək", - deyə prezident qeyd edib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью