Gürcüstanın yeni prezidenti tezliklə bəlli olacaq

25.11.2024

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Gürcüstanın hakim Gürcü Arzusu Partiyası yeni prezidentin seçilməsi üçün prosesi sürətləndirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu parlamentin bir qədər əvvəl seçilmiş spikeri Şalva Papuaşvili deyib.

O, seçkinin dəqiq tarixinin sabah açıqlanacağını, ilin sonunda yeni prezidentin seçiləcəyini qeyd edib.

Qeyd edək ki, qanuna əsasən, Gürcüstanda prezident seçkiləri yanvarda keçirilməlidir. Lakin hazırkı Prezident Salome Zurabişvilinin hökumətlə münasibətləri pisdir. O, oktyabrda keçirilən parlament seçkilərinin nəticəsini tanımır.

Əliyar Xəlil
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью