Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17.07.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın üç qonşu ölkə - Azərbaycan, Türkiyə və Ermənistanla xüsusi münasibətləri var və bu münasibətlər dərinləşir.

"AzPolitika" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" telekanalının "İmedi Live" verilişində bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti də son zamanlar Orta Asiya ölkələri ilə münasibətlərin inkişafı üzərində fəal işləyir.

"Biz Mərkəzi Asiyanın beş ölkəsi ilə münasibətlərimizi mümkün qədər dərinləşdiririk. Potensial çox böyükdür və əsas məsələ ondan tam istifadə etmək üçün fəal şəkildə çalışmağımızdır. Bütün bunlar nəqliyyat əlaqəsi və tranzit funksiyaları baxımından əsas rol oynayır", - Kobaxidze əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью