Gürcüstanla Azərbaycan arasında gərginlik... Kobaxidze

27.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Xarici İşlər Nazirliyinin Kürmük məbədi ilə bağlı bəyanatını jurnalistlərə şərh edərkən deyib.

O, Gürcüstanın Azərbaycan hökuməti ilə münasibətlərdə heç bir gərginliyinin olmadığını bildirib.

“Azərbaycanla bizi dostluq münasibətləri birləşdirir. Bu dostluğun sayəsində biz istənilən məsələləri çox rahatlıqla müzakirə edə bilirik. Gürcüstan və Azərbaycanın hökumətləri arasında bütün məsələlər dostluq şəraitində müzakirə olunur”, - deyə İrakli Kobaxidze əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью