Gürcüstanla mədəni əməkdaşlıq müzakirə olunub

24.05.2025

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Mədəniyyət naziri Adil Kərimli mayın 24-də Azərbaycanda səfərdə olan gürcüstanlı həmkarı xanım Tinatin Ruxadze ilə görüşüb.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında dostluğun və strateji tərəfdaşlığın tarixi xarakter daşıdığı, Azərbaycanla Gürcüstan arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Qeyd edək ki, Tinatin Ruxadze Azərbaycanla mədəni əməkdaşlığa önəm verdiklərini deyib, beynəlxalq mədəniyyət layihələrində birgə iştirakın bu sahədə əlaqələrin inkişafına töhfə verəcəyindən əminliyini ifadə edib.

Günel Eminlinin "Kimya gündəliyi" kitabı çap edildi Səkkizinci simfoniya - Şahin Səmədovun hekayəsi Beynəlxalq Muğam Festivalı çərçivəsində müsabiqə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью