Gürcüstanla Rusiya arasında yeganə quru gömrükkeçid məntəqəsi fəaliyyətini dayandırıb

28.11.2024

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanla Rusiya arasında yeganə quru gömrük-keçid məntəqəsi güclü qar səbəbilə fəaliyyətini dayandırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, Dəryal vadisində mürəkkəb meteoroloji vəziyyətə görə yaranmış fövqəladə vəziyyətlə əlaqədar “Kazbeqi” gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb. Hazırda buraxılış məntəqəsi vasitəsilə malların idxalı və ixracı, habelə dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları həyata keçirilməsi mümkün deyil. Məntəqənin hava şəraiti yaxşılaşdıqdan sonra fəaliyyətini davam etdirəcəyi qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью