Icma.az, Ayna portalına istinadən məlumat yayır.
Baş nazir qərar imzalayıb
2026-cı il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan vətəndaşlarının və ölkəmizə vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.
AYNA.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
ADY bu qərarla bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, Nazirlər Kabineti dəmiryol nəqliyyatı vasitəsilə sərnişinlərin 25 may saat 00:00-dan etibarən Azərbaycana giriş-çıxışının təmin edilməsi ilə bağlı qərar verib.
ADY 26 maydan başlayaraq Bakı-Tbilisi-Bakı marşrutu üzrə müntəzəm sərnişin daşımalarına başlayacaq.