Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

30.10.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesləri sürətləndirmək barədə razılığa gəldik“.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələ həm hökumətlərarası komissiyanın iclasında, həm də ikitərəfli görüş zamanı müzakirə olunub.

“Biz ümidvar olduğumuzu bildirdik ki, bu proses üzrə işlər çox sürətlə davam edəcək. Bildiyiniz kimi, bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz irəliləyiş görməliyik. Bu, bizim Azərbaycana ünvanladığımız xahiş və müraciətdir və ona çox səmimi cavab aldıq. Azərbaycanlı dostlarımızla birlikdə indiyədək heç bir irəliləyişin əldə olunmadığı sahələrdə irəliləyişə nail olmağı hədəfləyirik”, – o əlavə edib.

AzPost.az

Post navigation

Previous: Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью