Gürcüstanlı futbolçu PSJyə doğru İdmanXəbər

13.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya bu həftə ortalarında PSJ-yə keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu gün neapollularla parislilər arasında danışıqlarda həlledici olmalıdır. Tərəflər arasında tam razılıq əldə olunarsa, 23 yaşlı futbolçu Fransa klubunda tibbi müayinədən keçmək üçün Parisə yollanacaq.

Daha əvvəl gürcüsünün PSJ ilə 5 illik müqavilə imzalayacağı və maaşının “Napoli”də aldığı ilə müqayisədə 4-5 dəfə artacağı barədə məlumatlar yayılmışdı.

Xviça bu mövsüm bütün turnirlərdə 19 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью