Gürcüstanlı hücumçu Mehman Allahverdiyevə çatdı

26.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Davit Volkov “Zirə”nin heyətində Premyer Liqada 40-cı qolunu vurub.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, o, Misli Premyer Liqasının IX turunun “Sumqayıt”la ev matçında (3:2) fərqlənib.

Gürcüstanlı hücumçu 121-ci oyununda “40”a çatıb. Onun orta məhsuldarlığı 0,33-ə bərabərdir.

Volkov ölkə çempionatları tarixində yüksək liqada eyni klubda 40 və daha çox qol vuran 30-cu futbolçu olub. O, Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni göstəriciyə malikdir. Rekord isə “Qarabağ”da 109 dəfə fərqlənən Müşfiq Hüseynova məxsusdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью