Gürcüstanlı hücumçudan “Zirə”də 100 cü oyun

17.02.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXIII turunun “Sumqayıt”la oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.

İdman.biz xəbər verir ki, 29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib.

O, bu görüşlərdə 34 qola imza atıb.

2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Volkov Premyer Liqada 80 (28 qol), ölkə kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də “Sabah”la görüşdə (2:0) debüt edib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью