Gürcüstanlı nazir WUF13 barədə məlumatlandırılıb

05.05.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 5 may, AZƏRTAC

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılovla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində mövcud əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub.

Eyni zamanda, ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED) hazırlıq prosesi barədə qonaqlara məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью